Yanaşma

Komandalarımız strukturlaşdırılmış şəkildə qabaqcıl həllərin sürətli və səmərəli qurulması üçün proqram təminatının hazırlanmasında XÜSUSİ YANAŞMA vasitəsilə ən doğru və uyğun təcrübə proseslərindən və inkişaf metodologiyalarından istifadə edir.

Prinsiplər

İşimizdə rəhbər tutduğumuz xüsusi “SEPTEM” Prinsipləri Müştəri tələblərinə uyğun qısa zamanda üstün məhsulun yaradılmasına və tez çatdırılmasına əlverişli şərait və xüsusi üstünlük yaradır.
  • img
    Sadəliyin təşviqi
    Mürəkkəbliyi, səmərəliyi artıraraq həll edirik və praktikliyə önəm veririk.
  • img
    Erkən çatdırma
    İşlək proqram təminatının erkən və mütəmadi çatdırılmasını təmin edirik.
  • img
    Proaktiv tərəqqi
    Davamlı tərəqqini təşviq edir və müstəsna icraçılığa doğru çalışırıq.
  • img
    Texniki üstünlük
    Texniki mükəmməlliyə yüksək diqqət və böyük əhəmiyyət veririk.
  • img
    Etibarlı əməkdaşlıq
    Çağırışları alqışlayır və Müştərinin üstünlüyü üçün dəyişikliyi qəbul edirik.
  • img
    Motivasiya təbliği
    Əlverişli mühitdə motivasiyalı peşəkarlar ilə çalışırıq.

Üstünlüklər

Azərbaycan Proqram təminatı bazarında ilk və yeganə Qabaqcıl Proqram təminatı laboratoriyası olaraq Septem.tech peşəkar komanda, zəngin sahəvi təcrübə, geniş xidmətlər çeşidi, multi funksional məhsullar portfoliosu, xüsusi yanaşma və prinsiplərimiz ilə axtardığınız ən doğru ünvandır.
img
Program təminatının
tam əhatəsi
Peşəkar komandamız müştəri ehtiyaclarından asılı olaraq proqram təminatının hazırlanmasının bütün komponentlərini təmin edir. Tələblərin təhlili, məhsulun hazırlanması, sınaqdan keçirilməsi, quraşdırılması, istifadəsi və dəstəklənməsi daxil olmaqla proqram təminatının bütün mərhələlərini məharətlə əhatə edirik.
img
Tez başlanğıc və MVP yaradılması
Biz istənilən istifadəçi mərkəzli MVP yaratmaq üçün strukturlaşdırılmış prosesdən istifadə edərək məhsulu bazara çox qısa zamanda və büdcəyə uyğun çıxara bilirik. Belə yanaşma məhsulun əsas xüsusiyyətlərini sürətlə işə salmağa və özünü doğrultmağa kömək edir ki, biznes mümkün qədər tez inkişaf etsin.
img
Çevik məhsul yaradılması
Məhsul strategiyasının planlaması və icrasında Agile yanaşmasının dərin tətbiqi komandalaramıza əlaqəli işləməyə, məqsədlərə çatmağa, sürətli əks əlaqə almağa, məhsulların təkmilləşməsinə, sprintləri çevik bitirməyə və xərcləri azaltmağa kömək edir.
img
Texnologiyalardan asılı olmayan yanaşma
Biz heç bir xüsusi həllər və ya texnologiya satmırıq və ya təbliğ etmirik. Tamamilə müştərilərin üstünlüklərinə diqqət yetirərək, biz həmişə dəqiq və ən düzgün texnologiyaları və unikal biznes ehtiyacları üçün ən uyğun fərdi həllər təklif edirik.
img
Aparıcı ekspertlər və
sahə təcrübəsi
10 ildən çox peşəkar təcrübəsi olan aparıcı developerlərimiz biznes məqsədlərinə çatmağa kömək edən fərdi həllər təqdim etmək üçün istənilən təşəbbüs və çağırışları alqışlayır. Müxtəlif bizneslər və texnologiyalar sahəsində praktik təcrübəmiz isə proqram məhsullarının hazırlanması üçün ən düzgün və uyğun alətlər, yanaşmalar, platforma və proqramlaşdırma dillərini seçməyə imkan verir.

Faydalar

Uğurla bitirdiyimiz hər bir layihə Müştərilər üçün məhsuldarlığın artırılması, nəzarətin gücləndirilməsi, tam fərdiləşdirmə, xərclərin azaldılması, resurs və proseslərin optimallaşdırılması və biznesin böyüməsinə daha çox vaxt sərf etmək imkanı kimi böyük üstünlüklərə zəmanət verir.
img Artan məhsuldarlıq Effektivliyin artırılması üçün həllərimiz təkrarlamaların qarşısının alınması, resursların səmərəli istifadəsi və məlumat mübadiləsini gücləndirməyə imkan yaradır.
img Xərclərə qənaət Fərdiləşdirilmiş həllərimizin hər biri gündəlik tapşırıq və prosesləri rəqəmsallaşdırıb avtomatlaşdıraraq xərclərin əhəmiyyətli dərəcədə azaldılmasını təmin edir.
img Optimal proseslər Müştərinin biznes modeli və daxili əməliyyatlarına uyğun rəqəmsal həllər
təqdim etməklə biznesin əsas proses axınlarını optimallaşdırmağa və asanlaşdırmağa kömək edirik.
img Rəqabət üstünlüyü Həllərimizin təmin etdiyi artan səmərəlilik, xərclərin və vaxtın qənaəti, iş axınının optimallaşdırılması və rəqəmsallaşdırması Müştərilərimizə bazarda strateji üstünlüklər əldə etməyə dəstək olur.
img Rəqəmsal transformasiya Bu günün ehtiyaclarına cavab verən və sabahın imkanlarını açan güclü və uyğun rəqəmsal həllərimiz biznesləri transformasiya etməyə real imkanlar yaradır.